EN

Meksika Prezidenti Trampın fikrinə cavab verdi

Meksika Prezidenti Klaudiya Şeynbaum ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın Meksika körfəzinin adını “Amerika körfəzi” adlandırmaq fikrinə yumorla cavab verib. Klaudiya Şeynbaum qitənin adının “Meksika Amerikası” adlandırılmasını təklif edib.   Manset.az -ın məlumatına görə, o, bu yolla ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın Meksika körfəzinin adını "Amerika körfəzi" adlandırmaq planlarına cavab verib. Şeynbaum Şimali Amerikanın başqa adı olan 1607-ci ilin xəritəsini göstərib.

"Göründüyü kimi, Meksika körfəzi BMT tərəfindən tanınan addır. Bəs niyə biz qitəni Meksika Amerikası adlandırmırıq? Gözəl səslənir, elə deyilmi?", - o, Meksika Prezidenti bildirib.

Chosen
14
8
manset.az

10Sources