EN

Amulinin təxribatçı hərəkətinə CAVAB VERİLDİ: İlham Əliyev və Ərdoğanın şəkilləri Təbriz küçələrində - FOTOLAR

Ərdəbilin cümə imamı Həsən Amelinin və onun əlaltılarının Azərbaycan prezidenti İlham Əliyevə və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı təhqiramiz ifadələrindən sonra Güney Azərbaycan Milli Hərəkatının fəalları hər iki dövlət başçısının şəkilləri və Güney Azərbaycan Milli Hərəkatının təşviqat bayrağı olan posterləri Təbriz şəhərinin müxtəlif yerlərində nümayiş etdiriblər.

Musavat.com xəbər verir ki, bu barədə “Azad İran” telegram kanalı məlumat yayıb.

Posterlərdə “Yaşasın Qarabağ qəhrəmanı lider Əliyev!” və “Yaşasın Şam fatehi, lider Ərdoğan!” süarları yer alıb.

Musavat.com

Chosen
3
2
musavat.com

3Sources