EN

FHN-də növbəti “açıq qapı günü” keçirildi

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə Səbail, Nərimanov və Şabran rayon Yanğından Mühafizə hissələrində uşaqlar üçün “açıq qapı günü” tədbirləri keçirilib.

Publika.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbirlərin keçirilməsində məqsəd uşaqların hərtərəfli inkişafına, onların fiziki və mənəvi cəhətdən sağlam yetişməsinə, onlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin, eyni zamanda ilkin yanğın təhlükəsizliyi biliklərinin formalaşmasına, yanğınsöndürənlərin peşə fəaliyyəti barədə məlumatlılıq səviyyəsinin artırılmasına kömək etmək olub.

Tədbirlərdə Bakı şəhəri ərazisində fəaliyyət göstərən “Kids Estate”, “Kangaroo” və Şabran rayonu ərazisində fəaliyyət göstərən “Cücələrim” uşaq bağçalarının azyaşlıları, həmçinin müəllim və tərbiyəçilər iştirak ediblər.

Chosen
9
4
publika.az

10Sources