Cənubi Afrika Respublikasının keçmiş prezidenti Nelson Mandelanın nəvəsi avtomobil oğurluğunda şübhəli bilinərək polis tərəfindən saxlanılıb.
News24.az Musavat.com-a istinadən xəbər verir ki, polis hadisə ilə bağlı beş nəfəri saxlayıb.
“Beş şübhəli, o cümlədən Mandelanın nəvəsi avtomobil oğurluğu ilə əlaqədar həbs edilib”, - məlumatda bildirilir.
Hesabatda qeyd olunur ki, oğurlanan avtomobil Yohannesburq şəhərində, Mandelanın keçmiş evində aşkar edilib. Həmçinin, saxlanılan dörd kişi və bir qadın dövlət qeydiyyatından keçməmiş odlu silah saxlamaqda ittiham olunur.