EN

Ağdam Sənaye Parkına 97 milyon manat investisiya yatırılıb, 380 nəfərlik daimi iş yeri yaradılıb

Ağdam Sənaye Parkının 65 %-dən çoxu sahibkarlar tərəfindən məskunlaşdırılıb.

Bunu bu gün Ağdam Sənaye Parkına təşkil edilən mediatur çərçivəsində  Ağdama ezam olunan əməkdaşına açıqlamasında İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin mətbuat katibi Elçin Kazımov bildirib.

Onun sözlərinə görə, Ağdam Sənaye Parkına sahibkarlar tərəfindən böyük maraq göstərilir:

“Ağdam Sənaye Parkı dövlət başçısının 2021-ci il 28 may tarixli Fərmanı ilə yaradılıb. Sənaye Parkının yaradılmasında əsas məqsəd işğaldan azad edilmiş ərazilərin bərpası, sənaye potensialının inkişaf etdirilməsi, ən əsası isə işğaldan azad edilmiş ərazilərə köçürülən əhalinin məşğulluğunun təmin olunmasıdır. Artıq Sənaye Parkının 65 %-dən çox hissəsində sahibkarlar tərəfindən məskunlaşma qeydə alınıb”.

E. Kazımov Ağdam Sənaye Parkında qısa zaman ərzində görülən işlərə də toxunub:

“Ağdam Sənaye Parkı qısa müddət əvvəl yaradılmasına baxmayaraq, hazırda rezidentlərin sayına görə Sumqayıt Kimya Sənaye Parkından sonra ölkədə ikinci böyük Park hesab edilir. Parkda ümumi investisiyalarının həcmi 271 milyon manat olan 29 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Bu 33 sahibkarlıq subyekti tərəfindən Sənaye Parkında ümumilikdə 2 min 400-dən çox iş yerinin yaradılması nəzərdə tutulur.

Bu günədək Sənaye Parkında görülmüş işlərə rezidentlər tərəfindən 97 milyon manata yaxın investisiya yatırılıb, 380 nəfərlik daimi iş yeri yaradılıb. Hazırda Ağdam Sənaye Parkında 9 müəssisə fəaliyyət göstərir. Onlar əsasən elektrik paylayıcı avadanlıqların, elektrik yuvalarının və beton yarımstansiyaların, dam və fasad örtüklərinin, havalandırma, yanğınsöndürmə avadanlıqları və müxtəlif metal məmulatlarının, divar kağızlarının, müxtəlif növ ayaqqabıların; avtomatlaşdırma və telemexanika sistemlərinin, məsaməli hörgü bloklarının istehsalı ilə məşğul olurlar”.

E.Kazımov sənaye Parkında istehsal olunan məhsulların satışı və ixracı potensialı ilə bağlı əldə edilən nəticələri dəyərləndirib:

Ən sərfəli kredit üçün müraciət et

Chosen
4
21
banco.az

10Sources