EN

"Barselona" Olmo ilə Viktorun qeydiyyata alınmasına nail oldu - SON DURUM

"Barselona" klubu Dani Olmo və Pau Viktoru mövsümün ikinci hissəsi üçün heyətinə qatmaq üçün icazə alıb.

Fanat.Az xəbər verir ki, məlumatı AS nəşri yayıb.

Mənbənin məlumatına görə, Kataloniya klubu hər iki futbolçunun müvəqqəti qeydiyyata alınmasına nail olub. Ali İdman Şurası "Barsa"ya Olmo və Viktorla müvəqqəti müqavilə imzalamağa icazə verib. Klubun müraciətinə 3 ay müddətində baxılacaq - bu müddət ərzində futbolçuların meydana daxil olmasına icazə verilib.

Beləliklə, Olmo və Viktor bu gün İspaniya Superkubokunda "Atletik"ə qarşı keçiriləcək oyunda iştirak edə biləcəklər.

Mirağa

Chosen
2
fanat.az

1Sources