EN

Meksika liderindən Trampa yumoristik cavab

Meksika Prezidenti Klaudiya Şeynbaum Donald Trampın Meksika körfəzinin adını “Amerika körfəzi” olaraq dəyişdirmək fikrinə yumoristik şəkildə reaksiya verib. 

“Cebheinfo.az” xəbər verir ki, Milli Sarayda təşkil edilən gündəlik mətbuat konfransında danışan Şeynbaum “Onda Şimali Amerikaya Meksika Amerikası deyək” deyə cavab verib.

Meksika körfəzi adının 1607-ci ildən bəri beynəlxalq səviyyədə tanındığını xatırladan Şeynbaum çıxışında, "1607-ci ilə aid köhnə xəritəni nümayiş etdirirəm. Əlbəttə, Meksika körfəzi Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən rəsmən tanınır. Amma niyə Şimali Amerikaya "Meksika Amerikası" demirik? Yaxşı səslənir, elə deyilmi? “Apatzingan” Konstitusiyasına görə, bunu müzakirə edə bilərik. Onda Şimali Amerikaya Meksika Amerikası deyək" ifadələrindən istifadə edib. 

Trampın Meksikanı hədəf alan açıqlamalarına da toxunan Şeynbaum, "Dünən prezident Tramp, üzr istəyirəm, amma məncə sizə yanlış məlumat verilib. Meksikanı xalq idarə edir və biz burada demokratiyanı gücləndirməyə davam edirik" deyib. 

Qeyd edək ki, Şeynbaumun çıxışında istinad etdiyi “Apatzingan” Konstitusiyası 22 oktyabr 1814-cü ildə Meksikanın Apatzingan şəhərində elan edilən və müstəqillik hərəkatı zamanı yaradılmış ilk konstitusiya mətni hesab edilir.

Amerika qitəsinin kəşfindən sonra İspan tədqiqatçılar bölgədə xəritəçəkmə və kəşfiyyat işləri apardılar. 

16-cı əsrin əvvəllərində bölgəyə Meksika körfəzi adı verildi və o vaxtdan bəri beynəlxalq xəritələrdə belə adlandırılır.

Chosen
3
8
cebheinfo.az

10Sources