Donald Tramp Los-Ancelesdə baş verən meşə yanğınları səbəbindən Co Baydenin administrasiyasını günahlandırıb.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, Tramp \"Truth” hesabından Los-Ancelesdəki yanğınların Bayden və Kaliforniya qubernatoru Gavin Nyusomun səriştəsizliyi və pis idarəçiliyi səbəbindən baş verdiyini iddia edib.
Los-Ancelesdəki yanğınsöndürmə məntəqələrində yetərincə su olmadığını və Federal Fövqəladə Hallar İdarəsi Agentliyinə (FEMA) pul ödənmədiyini iddia edən Tramp \"Bütün bu problemləri Bayden mənim üçün qoyub gedir. Təşəkkür edirəm\" - deyib.
Qeyd edək ki, Tramp Kaliforniya qubernatoru Nyusomu istefaya çağırıb.
Cəmalə