Belçikanın fransızdilli Vallon bölgəsindəki Fleurus şəhəri gənclərin sağlamlığını qorumaq məqsədilə bəzi ictimai yerlərdə tütün məmulatlarının istifadəsini qadağan edib.Belçikada fransızdilli media orqanı olan RTL-nin xəbərinə görə, Fleurus şəhərindəki parklarda, uşaq meydançalarında, məktəblərdə, uşaq bağçalarında və qocalar evlərində gəncləri siqaretə məruz qalmaqdan qorumaq məqsədi ilə siqaret və elektron siqaretdən istifadə qadağan edilib.Yeni qərara əsasən, məktəb, körpələr evi və qocalar evlərinin giriş-çıxışlarına 10 metr məsafədə siqaret və elektron siqaret çəkmək qadağandır.Digər tərəfdən, qadağanı pozulmasına görə heç bir sanksiya elan edilməyib.