EN

MN: Yararsız döyüş sursatlarının Goran Təlim Mərkəzində məhv edilməsi prosesi həyata keçirilir

Plana uyğun olaraq istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Goran Təlim Mərkəzində məhv edilməsi prosesi həyata keçirilir.
 
Bu barədə Moderator.az -a Müdafiə Nazirliyindən bildirilib.
 
"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq.
 
Aparılan partlayış işləri yanvarın 11-dək davam edəcək", məlumatda deyilir.
Chosen
9
33
moderator.az

10Sources