EN

Tramp Kaliforniya yanğınlarında Baydeni günahlandırdı

Donald Tramp Kaliforniyada baş verən və böyük fəsadlara səbəb olan meşə yanğınları ilə bağlı sərt açıqlamalar verib.

Musavat.com xəbər verir ki, Tramp yanğınlarla mübarizə üçün federal hökumətin kifayət qədər resurs ayırmadığını iddia edərək, hazırkı prezident Co Baydeni günahlandırıb. O, Bayden administrasiyasının fövqəladə vəziyyət xidmətlərinə maliyyə dəstəyi göstərmədiyini və vəziyyətin daha da ağırlaşdığını bildirib: "Yanğınları söndürmək üçün su yoxdur, fövqəladə xidmətlərə lazımi maliyyə ayrılmır. Bayden mənə bu mirası qoyub gedir. Təşəkkürlər, Co". 

Trampın bu açıqlaması ABŞ siyasi mühitində ciddi müzakirələrə yol açıb. Trumpın bəyanatı Baydenin rəhbərliyinə qarşı tənqidlərinin davamı kimi qiymətləndirilir.

Bununla yanaşı, yayılan xəbərlərə görə, baş verən yanğınlar nəticəsində prezident Baydenin oğlu Hunter Baydenin şəxsi mülkiyyətinə də ciddi zərər dəyib. Bildirilir ki, Hunter Baydenin Kaliforniyadakı evi tamamilə yanıb. Hadisə ilə bağlı nə Bayden ailəsindən, nə də Ağ Evdən rəsmi açıqlama verilib.

Kaliforniyada meşə yanğınları hər il on minlərlə hektar ərazini məhv edir, insan həyatına və mülkiyyətə ciddi zərər vurur. Ətraf mühit mütəxəssisləri və ekologiya üzrə ekspertlər, iqlim dəyişikliyinin bu hadisələrə səbəb olduğunu vurğulayır. 

Donald Tramp, prezidentlik dövründə Kaliforniyada baş verən oxşar yanğınlar zamanı da bu məsələni tənqid etmişdi. O, federal və yerli hökumətlər arasında əməkdaşlıq problemlərini vurğulamış, hətta Kaliforniyanın meşə idarəçiliyi sistemini dəyişdirməyə çağırmışdı.

Bayden administrasiyası isə yanğınlarla mübarizədə aktiv fəaliyyət göstərdiyini bildirir. Hökumət son aylarda fövqəladə xidmətlərə milyardlarla dollar maliyyə ayırdığını və qabaqlayıcı tədbirləri gücləndirdiyini vurğulayıb. Lakin tənqidçilər bu tədbirləri qeyri-adekvat hesab edir və nəticələrin yetərincə təsirli olmadığını iddia edirlər.

Kaliforniya yanğınları təkcə ABŞ daxilində deyil, bütün dünyada diqqət mərkəzindədir. Bu fəlakətlər iqlim dəyişikliyi ilə mübarizə və dövlətlərarası əməkdaşlıq mövzularını bir daha gündəmə gətirir. 

 

Musavat.com

Chosen
6
4
musavat.com

5Sources