EN

İran rəsmisini Bakıya gətirən olay – Qafqaz səfərinin pərdəarxası

Xəbər verdiyimiz kimi, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian Ermənistana səfər edib. Erməni həmkarı Armen Qriqoryanla danışıqlar aparıb. Qeyd edək ki, İrəvana səfərindən öncə Əhmədian Bakıda olub.

İran nümayəndəsinin ard-arda səfərlərinin arxasında nə dayanır? İran hansı məqsədləri güdür?
Globalinfo.az-a danışan Orta Doğu Araşdırmalar mərkəzinin sədri, politoloq Sədrəddin Soltan deyib ki, Əli Əkbər Əhmədianın Azərbaycana səfərindən bir gün öncə, yerli televiziyalara müsahibə verən Prezident İlham Əliyev Tehran hakimiyyətinin Azərbaycan və Türkiyə əleyhinə apardığı təbliğatı sərt tənqid etmişdi:
“Söhbət Ərdəbilin cümə imamı Həsən Amulinin təşkil etdiyi Azərbaycan və Türkiyə əlyehinə, islam dünyasında bölücülük xarakterli çıxışlarından gedir. Prezident İlham Əliyev də bəyan etmişdi ki, Azərbaycan və Türkiyə liderlərinə qarşı şər, böhtan çıxışları edənlər cəzalandırılmalı, vəzifədən azad edilməli eyni zamanda rəsmi şəkildə üzr istənilməlidir.
sedreddin soltan 11
Sədrəddin Soltan
Bunun ardınca Tehran hakimiyyəti Əhmədianı əlüstü Azərbaycana göndərməklə Amulinin yanaşmasının ölkə maraqlarına xidmət etmədiyini göstərmək istəyib. Bununla da Tehran hakimiyyəti Azərbaycan Respublikasına və onun başçısına xoşməramlılığını ifadə etdi.
Ermənistana səfəri isə fərqli məqsəd daşıyır. Guya Prezident İlham Əliyevin çıxışından həmən sonra Azərbaycana gəlməklə üzrxahlıq etmədiyini diqqətə çatdırmağa çalışır. Regiondakı vəziyyəti araşdırmaq üçün Cənubi Qafqaza səfər etdiyini göstərir. Əslində isə İran Əhmədianın əli ilə Amulinin kobud səhvini ört-basdır etmək, yaxud buna görə üzr istəmək üçün səfərin baş tutduğunu ehtimal edirəm”.
Chosen
16
yenilik.az

1Sources