EN

Müğənni Kərim toyda dalaşdığı şəxslərlə barışdı: "Söhbət bağlandı"

Müğənni Kərim Abbasov ötən ilin sentyabrında iştirak etdiyi məclislərin birində fonoqram oxuduğu üçün dalaşdığı şəxslərlə barışıb.

Teleqraf.com ATV-yə istinadən xəbər verir ki, bu barədə ifaçı "Rəngarəng" verilişində bildirib.

"O söhbət bağlandı, barışıq oldu. Gəldilər və danışdıq, razılıq əldə olundu. Elə kəlmələr var ki, onlar mənə yaraşmır. Dava ola bilər, bir nəfərə təpik, birinə də yumruq dəyə bilər. Amma döyülmək məsələsi olmayıb və ola da bilməz", - deyə sənətçi bildirib.

Qeyd edək ki, Kərim ötən il verilişlərin birində həmin şəxsləri bağışlamağa hazır olduğunu bildirmişdi: "Toyda istifadə etdiyim qulaqlıq və səs aparatım qırılıb, paltarlarım cırılıb, barmağım sınıb, amma onların həbs olunmasını, balalarının gözünü yolda qoymaq istəmirəm".


Müəllif: Teleqraf.com
Chosen
10
13
teleqraf.com

10Sources