EN

Teo Ernandesə böhtan atan gözəlçə həbsə məhkum edildi

Rusəsilli ispaniyalı model Luisa Kremlyova “Milan”ın fransız müdafiəçisi Teo Ernandesə böhtan atdığı üçün həbs cəzasına məhkum edilib.

Arena.az bu barədə “Marca” nəşrinə istinadən məlumat verir.

Xatırladaq ki, qadın futbolçunu zorakılıqda ittiham etmişdi.

Mənbənin məlumatına görə, ginekoloji müayinə cinsi əlaqəni təsdiqləyib, amma Ernandes seksin razılıq əsasında gerçəkləşdiyi iddia edərək, öz fikrini müdafiə edib. Araşdırmanın digər xüsusları üzrə yekunu da fransız futbolçunun mövqeyini təsdiqləyib. Nəticədə Kremlyovanı böhtanda ittiham ediblər və gözəlçə qələtini etiraf edib. Kremlyova 2 il sınaq müddəti olmaqla 6 ay müddətinə şərti həbs cəzasına məhkum edilib.

Xatırladaq ki, 2017-ci ilin iyununda Luiza Kremlyova Teo Ernandesi Marbelyadakı gecə klubunun dayanacağında zorakılıq və döyülmədə ittiham etmişdi. Rusəsilli gözəlin dediyinə görə, fransız futbolçu ona narkotik yeridib. Amma bu məlumat da təsdiqini tapmayıb.

Chosen
5
arena.az

1Sources