Ukraynada münaqişənin həlli mümkündür, lakin bunun üçün ABŞ daxilində güclü liderlik lazımdır.
"Unikal" xəbər verir ki, Bunu amerikalı milyarder İlon Mask Almaniyanın “Almaniya üçün Alternativ” partiyasının həmsədri Elis Vaydellə X sosial şəbəkəsində onlayn müzakirə zamanı deyib.
"Həll yolu var, lakin bu, ABŞ daxilində güclü liderlik tələb edir", - Mask deyib.
Onun fikrincə, Donald Tramp Rusiya ilə Ukrayna arasındakı münaqişəni “çox tez” həll edə biləcək. Lakin o, ABŞ-nin gələcək prezidentinin bunu necə edə biləcəyini söyləməkdən imtina edib.