Afrika oyanır və heç kim istədiyini tətbiq etmək üçün bizi parçalaya bilməyəcək.
Modern.az xəbər verir ki, bu fikri Burkina-Fasonun keçid dövrünün Prezidenti İbrahim Traore soydaşları ilə görüşdə deyib.
O, terrorizmi fəallaşdıran imperializmə qalib gələcəklərini qətiyyətlə bildirib. “Biz bu müharibədə qalib gələcəyik. Bizi boyunduruqda saxlamaq, istismar etmək üçün bölgəmizdə terrorizmi aktivləşdirən imperializmi məğlub edəcəyik", - deyən İ.Traore son vaxtlar Fransa hərbi qüvvələrinin çıxarılmasını tələb edən Burkina-Faso və Qana arasında, eləcə də Burkina-Faso, Mali və Nigeri birləşdirən Sahel Dövlətləri Alyansı ilə əməkdaşlığı gücləndirmək üçün tədbirlər görüldüyünü açıqlayıb.
Afrika xalqları arasında həmrəyliyi müdafiə edən İ.Traore bildirib ki, insanlar bir-birinə kömək etməli, birləşməlidirlər.
Xatırladaq ki, Fransa prezidenti E.Makron səfirlər konfransı zamanı Afrika dövlətləri ilə bağlı söylədiyi fikirlərə görə Sahel Dövlətlərinin (Burkina-Faso, Mali və Niger) liderləri tərəfindən tənqid olunub.