EN

SON DƏQİQƏ: Türkiyədə zəlzələ baş verdi

Türkiyənin cənubundakı Hatay şəhərinin Yayladağı rayonunda 4 maqnitudalı zəlzələ olub.

Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Yeraltı təkanların ocağı 13,3 km dərinlikdə yerləşib. Təbiət hadisəsi yerli vaxtla 07:08-də (Bakı vaxtı ilə 08:08) qeydə alınıb.

Tələfat və dağıntı barədə məlumat verilməyib.

Bizim.Media 
 

Chosen
5
13
bizim.media

10Sources