EN

Əyalət mollası Amuliyə ŞİLLƏ kimi CAVAB - İlham Əliyev və Ərdoğanın şəkilləri TƏBRİZDƏ!

Yayılan fotoların üzərində “Yaşasın Qarabağ qəhrəmanı Əliyev başqan!” və “Yaşasın Şam fatehi Ərdoğan rəis!” yazılıb

Güney Azərbaycan İranın ali rəhbərinin Ərdəbil vilayəti üzrə nümayəndəsi, Ərdəbilin imamcüməsi Seyid Həsən Amulinin və əlaltılarının bəyanatlarına Təbrizdə layiqli cavab verilib.

“Azad İran” Telegram kanalı xəbər verir ki, Təbrizdə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin dövlət başçısı Rəcəb Təyyib Ərdoğanın şəkilləri şəhərin müxtəlif yerlərində divarlara vurulub.

İlham

Fotoların üzərində “Yaşasın Qarabağ qəhrəmanı Əliyev başqan!” və “Yaşasın Şam fatehi Ərdoğan rəis!” yazılıb.

Güney Azərbaycan Milli Hərəkatının fəalları belə bir etiraz aksiyası ilə Seyid Həsən Amuli və onun əlaltılarının Azərbaycan və Türkiyə liderlərinə qarşı təhqiramiz ifadələrinə öz etirazlarını bildiriblər. Eyni zamanda Türkiyə və Azərbaycana dəstəklərini bəyan etməyə çalışıblar.

Yada salaq ki, dekabrın 29-da İranın Ərdəbil şəhərində 500 il əvvəl Səfəvi və Osmanlı imperiyaları arasında baş verən Çaldıran döyüşünün anım mərasimi keçirilib. Tədbirdə Türkiyə və Azərbaycana, həmçinin hər iki ölkənin prezidentlərinə qarşı ittihamlar səsləndirilib.

Bundan sonra İranın Azərbaycandakı səfirliyinin rəsmisi Xarici İşlər Nazirliyinə çağırılıb. XİN həm də İrana sərt xəbərdarlıq edib.

Prezident İlham Əliyev də yerli televiziyalara müsahibəsində bu məsələyə sərt mövqe bildirib,  deyib ki, İran Azərbaycandan üzr istəməlidir.

Dövlət başçısı İranın ali dini liderinin Ərdəbil vilayəti üzrə nümayəndəsi Seyid Həsən Amelinin də qatıldığı tədbirdə Azərbaycan və onunla bağlı səslənmiş ifadələri “təhqir” adlandırıb. “O ki qaldı əyalət mollasının bizə qarşı nifrət münasibətinə, bu, birinci dəfə deyil. Ərdəbil şəhərinin o mollası dəfələrlə Azərbaycana, Azərbaycan xalqına qarşı təhqiramiz ifadələr işlədib, o cümlədən mənə qarşı... Burada sual ondan ibarətdir ki, onu o vəzifəyə təyin edən adam buna necə münasibət göstərir. Axı o, özbaşına gəlib orada oturmayıb. Onu kim təyin edir, biz yaxşı bilirik. Onun reaksiyası nədir, o, bunu dəstəkləyir, yoxsa yox və Azərbaycandan kim üzr istəyəcək? Üzr istəyəcəklər, yoxsa yox?” Dövlət başçısı deyib ki, baş verənlərlə bağlı İranın Xarici İşlər Nazirliyinin açıqlamasındakı “təəssüf hissi” kifayət deyil: “Burada açıq təhqir olub: həm Türkiyə, həm Azərbaycan prezidentləri, həm bizim xalqlar. Bu, əlbəttə ki, qəbuledilməzdir. Ona görə biz hesab edirik ki, o əyalət mollası cəzalandırılmalıdır. Ən azı vəzifəsindən qovulmalıdır və Azərbaycandan üzr istəməlidir”.

Seyid Həsən Amuli İranın ali dini lideri Ayətullah Xamenei tərəfindən Ərdəbilə nümayəndə təyin edilib. Bugünlərdə isə belə məlumat yayıldı ki, Amulinin əsli Livandandır.

Bu barədə Amulinin farsca tərcümeyi-halında bildirilir. Amulinin avtobioqrafiyasında onun nəslinin Səfəvilər dövründə Livanın Cəbəl Amul (Amil) ərazisindən Ərdəbilə köçmüş Sədat Cəbəl Amuli nəslindən olduğu yazılıb. Hətta Cəfər Mühacirinin “Əl-Hicra əl-İmiliyyə fi dövrə əs-Səfəviyyə” adlı əsərində də Amulinin kökünün Livandan olması barədə məlumat verilir.

Livandakı Cəbəl Amul bölgəsində isə ermənilər kompakt halda yaşayırlar.

Həsən Amuli özü də bir neçə il öncəki xütbələrinin birində türk (azərbaycanlı) deyil, əslinin Livan ermənisi olduğunu fəxarətlə bildirmiş, “milliyyətin onun üçün əhəmiyyət daşımadığını” vurğulamışdı.

Qeyd edək ki, Həsən Amuli bu cür qələti ilk dəfə deyil, İran mollası vaxtaşırı olaraq Azərbaycan əleyhinə çıxışları ilə tanınır.

Elşən MƏMMƏDƏLİYEV

Chosen
4
1
ekologiya.az

10Sources