EN

Mərkəzi Bankın sədrindən YENİ QƏRAR


Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti 15 noyabr 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Mərkəzi Bank ilə banklar arasında xarici valyutanın alqı-satqısı Qaydası”nda dəyişikliklər edib.

BEY.AZ xəbər verir ki, bununla bağlı qurumun sədri Taleh Kazımov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra son saxlama dövründə məcburi ehtiyatlar üzrə tələbi pozan banklar da valyuta hərraclarında iştirak edə biləcək. İndiyə qədər valyuta hərraclarına qatılmaq üçün sözügedən tələbin pozulmaması şərt kimi qoyulmuşdu.

AMB-nin Hüquq və təşkilati işlər departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Chosen
4
18
Bey.az

10Sources