EN

Kərim toyda dalaşdığı şəxslərlə barışdı

Müğənni Kərim Abasov ötən ilin sentyabrında iştirak etdiyi məclislərin birində fonoqram oxuduğu üçün dalaşdığı şəxslərlə barışıb.

Oxu24.com  xəbər verir ki, bu barədə ifaçı "Rəngarəng" verilişində danışıb.

"O söhbət bağlandı, barışıq oldu. Gəldilər və danışdıq, razılıq əldə olundu. Elə kəlimələr var ki, onlar mənə yaraşmır. Dava ola bilər, bir nəfərə təpik, birinə də yumruq dəyə bilər. Amma döyülmək məsələsi olmayıb və ola da bilməz" deyə, sənətçi bildirib.

Chosen
1
13
oxu24.com

10Sources