“Sobsan” markası ilə Qafqazın və Azərbaycanın ilk lak – boya istehsalı müəssisəsi olan “Rəmzi-S” MMC ölkədən külli miqdarda pul çıxarmaqda ittiham edilir.
XALQ.AZ xəbər verir ki, “Rəmzi-S” MMC İnzibatı Xətalar Məcəlləsinin iqtisadi fəaliyyət qaydaları əleyhinə olan 430.4-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.
“Sobsan”la bağlı iş baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib. 21 yanvar tarixində hakim Elçin Ağayevin sədrliyi ilə işə baxılacaq.
Xatırladaq ki, İXM-nin 430.4-cü maddəsinə əsasən, istənilən şirkət, sahibkar müəyyən mal almaq üçün ölkədən pul çıxarırsa, iki il ərzində həmin mal ölkəyə gətieilməlidid. Gətirilmədiyi təqdirdə sifarişi verən şirkət cərimələnir. İki il ərzində mal ölkəyə gəlmirsə, bu sahibkarın ölkədən pul çıxarması anlamına gəlir.
Bu maddənin qısa mahiyyəti belədir, sahibkarlar xaricə pul köçürür ki, nə isə alacaq. O pulu köçürəndən sonra iki il ərzində həmin malı ölkəyə gətirməlidir. Əgər malı ölkəyə gətirmirsə, sahibkar cərimələnir. Yəni bu halda hesab olunur ki, şirkət, sahibkar ölkədən pul, valyuta çıxarıb.
Qeyd edək ki, “Rəmzi-S” MMC 15 noyabr 1999-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1 505 630 AZN olan şirkətin qanuni təmsilçisi Allahverdiyev Orxan Rasim oğludur.
Şirkətin təsisçisi isə Cavid Səbzəliyevdir. Ümumiyyətlə, bu şirkətin Cavid, Araz və Zöhrab Səbzəliyev qardaşlarına məxsus olduğu deyilir. Həmçinin Cavid Səbzəliyev “Technol” markalı yağların istehsalçısıdır .
Qarşı tərəfi dinləməyə hazırıq.Tribunainfo.az