EN

Vətəndaşlar peyvənd olunmaqda maraqlıdır?

Son günlər ölkə ərazisində yayılan virusdan qorunmaq üçün ən effektiv vasitə vaksinasiya göstərilir. 

Bəs insanlar arasında vaksinasiyaya maraq necədir? 

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyevann sözlərinə görə, ilk növbədə tibb işçiləri, risk qrupuna daxil olan şəxslər, yeni ürək-damar xəstəlikləri olan şəxslər peyvənd olunur.

"Eyni zamanda yaş fərqi olmadan tez-tez qış aylarında mövsümü xəstəlikləri  keçirənlər, immun səviyyəsi aşağı olan hər bir vətəndaş öz istəyi ilə peyvənd oluna bilər. Uşaqlar poliklinikalarda, böyüklər isə tibb mərkəzlərində peyvənd oluna bilərlər.Əhalinin belə xəstəliklər yayılan dövrdə peyvənd olunması çox vacibdir".

O bildirib ki, ölkədə yayılan virusun əlamətləri metapnevmovirusa bənzəyir, amma adi qripdir. Hələ ki, bizim ölkədə bu virusa yoluxma faktı aşkar olunmayıb. Qrip daxil əksər infeksiyalar hava damcı infeksiyalarıdır. Bu xəstəliklərdə eyni kliniki əlamətlər olduğuna görə həmin xəstələr həm COVID, həm də qriplə bağlı test müayinələrindən keçir.

Aysel Əkbər
Milli.Az

Chosen
2
2
milli.az

3Sources