М.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Opera Art” Dinarə Əliyevanın IV Beynəlxalq Musiqi Festivalı çərçivəsində XX əsrin ən məşhur opera müğənnilərindən olan Mariya Kallasın 100 illiyinə həsr olunmuş konsert keçirilib.
Filarmoniyadan "Tehsil.biz"ə bildirilib ki, dirijor Xalq artisti Yalçın Adıgözəlovun rəhbərliyi, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə Xalq artisti Dinarə Əliyeva (soprano) rəngarəng proqramla dinləyicilərin qarşısına çıxıb.
Proqramda Vinçenso Bellini, Cüzeppe Verdi, Françesko Çilea, Frans fon Zuppe, Cakomo Puççini, Frans Leqar, Pyetro Maskanyi, Corc Qerşvin, Harold Arlen və İmre Kalmanın əsərləri səslənib.