EN

Türkiyə MİT PKK-nın daha bir “yüksək rütbəli”sini zərərsizləşdirib

Türkiyə MİT terror təşkilatı PKK/YPG-nin Suriyanın Tel-Rıfat bölgəsində həyata keçirdiyi hücumlarda istifadə etdiyi pilotsuz uçuş aparatlarının məsul terrorçusu Bager Öndeşi zərərsizləşdirib.

Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, təhlükəsizlik mənbələrindən alınan məlumata görə, “Akif Amed” kod adlı terrorçu Öndeş 2013-cü ildə terror təşkilatına qoşulub.

Terror təşkilatı PKK-nın İraq və Suriyada təhlükəsizlik qüvvələrinə qarşı həyata keçirdiyi terror hücumlarında iştirak edən terrorçu Öndeş, Suriyanın Tel-Rıfat bölgəsində PKK/YPG-nin pilotsuz uçuş aparatı və dronlardan “məsul” kimi fəaliyyət göstərib.

Terrorçu Öndeş MİT-in Suriyada keçirdiyi əməliyyatla zərərsizləşdirilib. 

MİT,

İlahə Əliyeva 
 



Chosen
655
13
visiontv.az

5Sources