HƏMAS Qəzza zolağında atəşkəsin tezliklə uzadılmasına razılıq verməsə, tədbir görüləcək.
Axar.az xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff bildirib.
"HƏMAS vaxtın öz tərəfində olduğuna arxayın olmaqla səhvə yol verir. Bu belə deyil. HƏMAS son tarixdən yaxşı xəbərdardır. Bilməlidir ki, son tarix keçəndə biz də buna uyğun cavab verəcəyik", - Uitkoff qeyd edib.