Lissabon “Sportinq”inin 17 yaşlı müdafiəçisi Covanni Kenda “Çelsi”də tibbi müayinədən keçib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu artıq London klubu ilə müqavilə bağlamağa hazırdır, tərəflər bütün məsələlərdə tam razılığa gəliblər.
Kenda yaşının az olmasına baxmayaraq, bu mövsüm bütün klub yarışlarında 43 oyun keçirib, 2 qol vurub və 8 məhsuldar ötürmə edib. Onun “Sportinq”lə müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir.
Gənc müdafiəçinin transfer dəyəri 30 milyon avrodur. Onun londonlularla gözlənilən müqaviləsinin maliyyə detalları hələ açıqlanmır.
“Çelsi” Premyer Liqada 28 turdan sonra 49 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Komanda lider “Liverpul”dan 21 xal geri qalır.