Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı çempionatının 25-ci turu çərçivəsində növbəti qolunu vurub.
Yenisabah.az xəbər verir ki, o, “Əl-Xulud”a (3:1) qarşı keçirilən matçda fərqlənib. Ronaldo matçın 4-cü dəqiqəsində rəqib qapısına yol tapıb.
Bununla da o, karyerasında vurduğu qolların sayını 928-ə çatdırıb. 40 yaşlı futbolçunu 1000 qol həddindən cəmi 72 top ayırır.
Dünya futbolu tarixində ən çox fərqlənən ikinci futbolçu Lionel Messidir. O, 853 dəfə rəqib qapılarına yol tapıb. İlk üçlüyü isə 762 qolla Pele qapayır.
Telegram kanalımız