EN

Türkiyədə hava limanı əməkdaşı təyyarənin yük hissəsində unuduldu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Türkiyədə hava limanının Ali Çelikten adlı əməkdaşı yükləri İstanbuldan Afinaya uçan təyyarəyə yükləyərkən həmkarları tərəfindən orada unudulub.
Oxu.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Çelikten içəridə olarkən ekipaj yük bölməsinin qapısını bağlayıb.
Təyyarə qalxmağa hazırlaşarkən gəncin kömək çağırışları mühərrik səsindən eşidilməyib.
Xoşbəxtlikdən, Alinin itkin düşdüyü tezliklə aşkar edilib və təyyarə tez bir zamanda geri qaytarılıb.
Ümumilikdə, gənc 11-12 min metr yüksəklikdə təxminən bir saat yarım ərzində mənfi 25 dərəcə soyuqluqda qalıb.
Uçuşdan sonra onun ayaqlarını don vurub. Ali hələ də müalicə almağa davam edir. Bu hadisə dekabrın ortalarında baş verib, lakin insident mediaya yalnız indi sızıb.
Chosen
68
50
oxu.az

10Sources