Tailandın cənubunda sərnişin avtobusunun ağaca çırpılması nəticəsində azı 14 nəfər ölüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Menecer Daily” məlumat yayıb.
Nəşrin məlumatına görə, Banqkokdan təxminən 300 km cənubda, Praçuap Khiri Xan əyalətində avtobus sürücüsü idarəetməni itirərək ağaca çırpılıb. Hadisə nəticəsində 35 nəfər yaralanıb.