Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun AB xarici siyasət idarəsinin rəhbəri Jozep Borrel ilə görüşdə “oturuş diplomatiyası” sosial şəbəkələrdə müzakirəyə çıxarılıb.Bolgə.TV xəbər verir ki, adətən bu cür oturuş sərgiləməyən Ceyhun Bayramovun Borrelə qarşılıq vermək üçün ayağını ayağının üstünə aşırması təqdir edilib. Diplomatların görüş zamanı bütün jest, mimika və davranışlarının mesaj olmasına diqqət çəkən sosial media təmsilçiləri Bayramovun “diplomatik cavabını” müsbət qiymətləndiriblər.Qeyd edək ki, Borrel ilə Bayramovun görüşü ötən gün Brüssel şəhərində baş tutub.Borrell Azərbaycana qarşı ardıcıl mövqeyi ilə gündəmə gəlib. Hətta o, Qarabağdan könüllü miqrasiya edənlərin sayını 150 minə qaldıraraq, Ermənistanın özünün açıqladığı rəqəmi də şişirtməklə yadda qalıb