EN

Fövqəladə Hallar Nazirliyi 18 yaşını qeyd etdi

Dekabrın 16-da Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 18-ci ildönümü və işçilərinin peşə bayramı münasibətilə nazirliyin inzibati binasında təntənəli iclas keçirilib.
Kəmaləddin Heydərov FHN-in cari ildə dövlətimizin başçısının tapşırıqla­rına və fəaliyyət istiqamətlərinə uyğun olaraq üzərinə düşən vəzifələrin öhdə­sindən uğurla gəldiyini bildirib. İşğaldan azad olunmuş bölgələrdə əhalinin və ərazilərin təhlükəsizliyinin, insanların həyat fəaliyyətinin təmin olunması sahə­sində aidiyyəti üzrə müvafiq tədbirlərin davam etdirildiyini bildirib. Qeyd olunub ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin “N” saylı xüsusi təyinatlı hərbi hissəsi işğaldan azad olunmuş ərazilərin mi­nalardan təmizlənməsi işlərini fasiləsiz davam etdirir. Bu işlərdə ölkə başçısı­nın diqqət və qayğısı sayəsində alınmış ən müasir minatəmizləyən robotlar da tətbiq olunur. İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi daim nəzarətdə saxlanılıb, baş verən yanğın­ların operativ söndürülməsi təmin edilib. Nazirliyin nəzarət qurumları tərəfindən ərazilərdə aparılan yenidənqurma la­yihələri ilə əlaqədar müvafiq təhlükəsiz­lik tədbirləri görülüb.
Nazir bu il də ölkə ərazisində yan­ğın təhlükəsizliyi sahəsində əməliyyat şəraitinin diqqət mərkəzində saxlanıl­dığını, yanğın hadisələrinin qarşısının çevik alınaraq yayılmasına və ağır fə­sadlarla nəticələnməsinə imkan veril­mədiyini bildirib. Respublika üzrə cari il ərzində 13 min 891, o cümlədən Bakıda 4462, işğaldan azad olunmuş ərazilər­də 204 yanğın hadisəsi qeydə alınıb. Bu da orta hesabla hər gün 42 yanğına çıxış deməkdir. Yanğınlardan 15 yan­ğın yüksək saylı çağırışla söndürülüb. Ümumilikdə, yanğınların söndürülməsi zamanı 94 dövlət və 396 özəl obyekt, 334 çoxmənzilli bina, 514 fərdi ev, 455 yardımçı tikili, 304 ədəd müxtəlif təyi­natlı texnika mühafizə olunub, 16 nəfə­rin həyatı real təhlükədən xilas edilib. Baş vermiş yanğınların söndürülməsi zamanı insan həyatı üçün təhlükə fak­torları nəzərə alınaraq 762 nəfər təh­lükəsiz əraziyə təxliyə edilib.
K.Heydərov deyib ki, xüsusi riskli xi­lasetmə qrupları 1286 müxtəlif xarakterli axtarış və qəza-xilasetmə əməliyyatları zamanı 1432 nəfər zərərçəkmişi xilas edib, həmçinin 93 nəfərin cəsədi defor­masiyaya uğramış nəqliyyat vasitələrin­dən, bağlı qapı arxasından və dağıntı­lar altından çıxarılıb. Bununla yanaşı, yanğınsöndürən-xilasedicilər tərəfindən 168 nəqliyyat və digər qəzalarda 269 nəfər deformasiyaya uğramış nəqliyyat vasitələrindən çıxarılaraq ərazi üzrə tibb məntəqələrinə çatdırılıb, həlak olmuş 61 nəfərin cəsədi avtomobillərdən çıxarılıb. Həmçinin 17 partlayış hadisəsi ilə əlaqə­dar xəsarət almış 20 nəfər və həlak olan 5 nəfərin cəsədi dağıntılar altından çıxa­rılaraq aidiyyəti üzrə təhvil verilib. 2023-cü il ərzində dalğıc-xilasedicilər tərəfin­dən nəzarət olunan çimərlik ərazilərində batmaq təhlükəsi ilə üzləşmiş 110 nəfər və nəzarət olunmayan qeyri-çimərlik ərazilərdə 94 nəfər olmaqla, cəmi 204 nəfər xilas edilib. Nəzarət olunmayan qeyri-çimərlik ərazilərdə suda batmış 64 nəfərin cəsədi tapılıb.
Qeyd edilib ki, cari il ərzində müxtəlif məsələlərlə, o cümlədən yanğın, part­layış, avtoqəza, tikintidə, sənayedə və dağ-mədən işlərində təhlükəsizlik qay­dalarının pozulması və digər məsələlər­lə bağlı 112 - qaynar telefon xəttinə ümumilikdə 1 milyon 400 minə yaxın və ya orta hesabla hər gün 5 minə yaxın zəng daxil olub. Yanğın nəzarəti məqsə­dilə sosial, sənaye, nəqliyyat, rabitə, kənd təsərrüfatı obyektlərində, xidmət sahələrində və digər təyinatlı 66 min­dən artıq obyektdə yanğın-tехniki müa­yinələr aparılıb, aşkarlanmış atışmaz­lıqların aradan qaldırılması üçün оbyеkt rəhbərlərinə və sahiblərinə 390 minə yaxın tələbi özündə əks etdirən tələb­namə məktubları verilib, eyni zamanda, 220 mindən çox vətəndaş yanğın təh­lükəsizliyi barədə təlimatlandırılıb.
Bundan əlavə, təyinatından asılı ol­mayaraq fiziki və hüquqi şəxslər tərə­findən tikinti işləri aparılan 40 min 80 obyektdə tikintiyə dövlət nəzarəti apa­rılıb. Sənayedə və dağ-mədən işlərində təhlükəsizliyə nəzarət məqsədilə 2909 müəssisədə 34 mindən artıq təhlükə po­tensiallı qurğu və avadanlıq üzrə texniki müayinələr keçirilib. Eləcə də 5680 nəfər fəhlə və mühəndis-texniki işçinin texniki təhlükəsizlik qaydaları üzrə bilikləri yox­lanılıb. Əhalinin və ətraf mühitin radia­siya təhlükəsizliyinin təmin edilməsi və ionlaşdırıcı şüalanma mənbələrinin fizi­ki mühafizəsinin təşkilinin yoxlanılması məqsədilə tibb, sənaye və elmi-tədqiqat müəssisələrində 272 nəzarət-yoxlama tədbiri, eyni zamanda, radioaktiv mən­bələrin idxal-ixrac əməliyyatları zamanı 353 radioaktiv mənbənin eyniləşdirilmə­si və dozimetrik nəzarəti həyata keçiri­lib. Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, fiziki və hüquqi şəxslərə məxsus 98 kiçikhəcmli gəmi ilkin dövlət qeydiyyatına alınıb, gəmi sahiblərinin müraciətinə əsasən 2164 kiçikhəcmli gəmiyə texniki baxış keçirilib.
Daha sonra “Azərbaycan Respub­likası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rüt­bələrin verilməsi haqqında” Azərbaycan Prezidentinin sərəncamı oxunub, həm­çinin dövlətimizin başçısının imzaladığı 2022-ci il 15 dekabr tarixli sərəncamla təltif olunmuş nazirliyin əməkdaşlarına təltiflər təqdim edilib.
Sonda iclas iştirakçıları adından Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət qəbul olunub.
XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
193
xalqqazeti.az

1Sources