Çin noyabrda qlobal avtomobil bazarında rekord sayda avtomobil satıb.
Oxu24.com xəbər verir ki,Autostat analitik agentliyi LMC Automotive konsaltinq şirkətinə istinadən yazır ki, ÇXR noyabrda 2 milyon 935 min avtomobil satıb.
Ümumilikdə, payızın son ayı ərzində dünya üzrə 8 milyon 031 min minik avtomobili və yüngül ticari avtomobil satılıb.
ABŞ-da noyabrda 1 milyon 227 min avtomobil satılıb. Qərbi Avropanın avtomobil bazarlarında 1 milyon 105 min avtomobil satılıb.
Şərqi Avropa ölkələrində avtomobil satışı 359,1 min ədəd təşkil edib.
Cənubi Amerikada dilerlər 235,4 min avtomobil satıblar.
Müəllif: Nigar