EN

İtaliya koalisiyaya qoşulmağı düşünür - Qırmızı dənizdəki gəmiləri qorumaq üçün

İtaliya Qırmızı dənizdəki gəmiləri və ticarət gəmilərini Ənsar Allah hərəkatının husi üsyançılarının hücumlarından qoruyacaq dəniz koalisiyasına qoşula bilər. 

32gun.az xəbər verir ki, bu barədə Reuters mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Romadan əməliyyat qüvvəsinə qoşulmaq istənilib və həftənin sonuna qədər bu məsələ ilə bağlı qərarın veriləcəyi gözlənilir:

"Yəmənin böyük hissəsini idarə edən husilər hadisələrin fələstinlilərlə həmrəylik nümayiş etdirmək məqsədi daşıdığınıdeyir və İsrail Qəzza zolağına hücumu dayandırana qədər hücumları davam etdirəcəklərinə söz veriblər".

Milli təhlükəsizlik müşaviri Jake Sullivan daha əvvəl bildirmişdi ki, ABŞ və müttəfiqləri Qırmızı dənizdən keçən gəmiləri qorumaq üçün hərbi dəniz işçi qrupunun yaradılmasını müzakirə edirlər.
Nilay

Chosen
240
50
32gun.az

10Sources