EN

Qlobal neft bazarının çökəcəyi proqnozlaşdırılırdı - Səbəb

Müəllif:Mehin Qasımova/Banco.az

Qırmızı dənizdən tranzitin dayandırılması səbəbindən neft qiymətləri arta bilər.

Banco.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Belə ki, Yəmən husilərinin artan hücumları nəticəsində Qlobal logistika şirkətləri Qırmızı dənizdə yanacaq tranzitini müvəqqəti dayandırıb.

Bundan əvvəl Norveçin “Swan Atlantic” və “Strinda” gəmiləri onların hücumuna məruz qalıb.

Ekspertlərin fikrincə, belə hadisələr ən böyük enerji nəhəngləri arasında artan narahatlığa səbəb olur.

Rəsmi açıqlamada Britiş Petroleum bu qərarı şirkətin bütün tankerlərinə və tərəfdaşlarının ticarət gəmilərinə şamil ediləcək. Enerji nəhənginin nümayəndələri tranzitin mümkün bərpasını Qırmızı dənizdə vəziyyətin normallaşması ilə əlaqələndiriblər. Ekspertlər xəbərdarlıq edir ki, böhran vəziyyəti regionun qlobal dəniz ticarətinin 12 faizə qədərini təşkil etməsi ilə daha da ağırlaşır.

Bu o deməkdir ki, gəmi sahibləri bundan sonra Misirin Süveyş kanalından gəmiçilik marşrutu kimi istifadə edə bilməyəcəklər. Bunun əvəzinə, Afrika qitəsindən yan keçməklə malların çatdırılması üçün alternativ yollar tapmaqla səyahət vaxtını xeyli artırmalı olacaqlar. Analitiklər belə qənaətə gəliblər ki,  belə bir vəziyyət  xammalın qiymətinin kəskin artmasına və qlobal enerji bazarında nəqliyyatın çökməsi təhlükəsinə səbəb ola bilər.

Dekabrın ortalarında ən böyük yük daşıyıcısının - Danimarkanın logistika şirkəti Maersk-in rəhbərliyi də  Qırmızı dənizdə işlərin dayandırıldığını elan edib..Bu qərara səbəb Maersk Gibraltar konteyner gəmisinə raket hücumu olub. Hücum Yəmən husilərinin Ənsar Allah hərbiləşdirilmiş qruplaşmasının nümayəndələri tərəfindən həyata keçirilib.

Chosen
281
50
banco.az

10Sources