ABŞ-ın gübrə şirkəti "Mosaic", Qırmızı dənizdə husilərin hücumları səbəbindən bir neçə gəmisinin marşrutunu dəyişib.
Marja.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.
Məlumata görə, ABŞ-a gedən gəmilər üçün yeni marşrut Afrikanın cənubundakı Ümid burnundan keçəcək.
Qəzza zolağında Fələstin-İsrail qarşıdurmasının kəskinləşməsindən sonra husilər İsrail ərazisinə hücumlar həyata keçirəcəklərini və gəmilərin Qırmızı dəniz və Babül-Məndəb boğazından keçməsinə icazə verməyəcəklərini bildiriblər. Babül-Məndəb boğazı Qəzzada əməliyyat tamamlanana qədər nəqliyyat üçün bağlanacaq. Gəmilərə hücumların artmasının ardından bir neçə şirkət, o cümlədən Fransanın nəqliyyat qrupu CMA CGM və Danimarkanın gəmiçilik və logistika korporasiyası Maersk Qırmızı dəniz vasitəsilə daşımaların dayandırıldığını elan edib.