EN

Diananın gecə paltarı 1,143 milyon dollara satıldı

Julien’s Auction saytında dərc edilən açıqlamaya görə, şahzadə Diananın gecə paltarı Los-Ancelesdə keçirilən hərracda 1,143 milyon dollara satılıb. Vətəninfo.az xəbər verir ki, bu, indiyə qədər şahzadə paltarı üçün hərracda satılan ən yüksək məbləğdir.

Ulduzlarla bəzədilmiş mavi-qara gecə paltarının başlanğıc qiyməti 100 min dollar müəyyən edilsə də, lotun son qiyməti 11 dəfə baha olub. Alıcının kimliyi məlum deyil.

Paltarın təsvirində onun mərakeş əsilli britaniyalı dizayner Jak Azagouri tərəfindən yaradıldığı bildirilir.
Diana onu 1985-ci ilin aprelində Florensiya meri tərəfindən verilən şam yeməyində və 1986-cı ildə Vankuver Simfonik Orkestrinin konsertində geyinmişdi.

Chosen
207
12
veteninfo.az

10Sources