EN

Rəşad Nəbiyev Səudiyyə Ərəbistanı səfiri ilə müxtəlif istiqamətlərdə əməkdaşlığı müzakirə edib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Səudiyyə Ərəbistanının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli ilə görüşüb.

APA-Economics”in xəbərinə görə, bu barədə nazir özünün “X” sosial şəbəkəsindəki paylaşımında qeyd edib.

O bildirib ki, ikitərəfli görüşdə ölkələr arasında nəqliyyat, xüsusilə aviasiya və innovasiyalar sahələrində əməkdaşlıq imkanları müzakirə edilib.

Chosen
98
8
apa.az

5Sources