EN

Leonid Slutski Prezident İlham Əliyevi təbrik edib

Rusiya Federasiyasının Dövlət Dumasında Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbəri Leonid Slutski Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

“İki sahil” xəbər verir ki, məktubda deyilir:

"Əziz İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Sizə möhkəm cansağlığı və uğurlar arzulayır, ən yüksək ehtiramımı ifadə edirəm.

Siz dahi atanızın layiqli varisi və ideyalarının böyük davamçısı kimi onun arzularının reallaşmasına artıq nail olmusunuz. Azərbaycanın ən doğru inkişaf yolunu, onun beynəlxalq aləmdə siyasi, iqtisadi və sosial mövqeyini müəyyən etmisiniz, ölkənin suverenliyi tam təmin olunub.

Siz təcrübəli, qətiyyətli, uzaqgörən və nəcib dövlət xadimisiniz. Əminəm ki, Siz gələcəkdə də bu yolda - ən mürəkkəb məsələlərin həllində və Azərbaycanın maraqları naminə onun imkanlarının genişləndirilməsində, vətəndaşların həyat şəraitinin yaxşılaşdırılmasında öz səylərinizi və məharətinizi əsirgəməyəcəksiniz.

Aramızda olan mehriban münasibətləri yüksək qiymətləndirirəm, bu münasibətlərin konstruktiv məzmunundan məmnunam. Sizinlə və mehriban ailənizlə görüşlər daim məni ürəkdən sevindirir.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, əmin-amanlıq, müvəffəqiyyətlər diləyir, ən xoş arzularımı çatdırıram".

Chosen
53
7
ikisahil.az

8Sources