EN

Üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri üçün mentorluq proqramına başlanılıb - SİYAHI

Üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri idarəçi rəhbərlər tərəfindən onlara təqdim olunan 1 illik fərdi inkişaf planının icrasına başlayıblar.

"Report" xəbər verir ki, müsabiqənin İşçi Qrupu mentorlar və qaliblərin bölgüsünü müəyyənləşdirib.

Müsabiqənin şərtlərinə əsasən, 22 qalibin hər biri 1 illik mentorluq proqramı çərçivəsində müvafiq idarəçi rəhbərlər tərəfindən təcrübələrə cəlb olunacaq. Hər bir qalib ümumilikdə iki idarəçi rəhbərin mentorluq təcrübəsindən yararlanacaq.

Mentorluq proqramının bölgüsü aşağıdakı kimidir:

Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov
Qaliblər: Sübhan Əsgərzadə, Tural Abdullazadə
İqtisadiyyat naziri Mikayıl Cabbarov
Qaliblər: Fərid İsayev, Əsəd Qurbanzadə
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev
Qaliblər: İlahə Baxışova Tahirli, Toğrul Ələkbərov
Elm və təhsil naziri Emin Əmrullayev
Qaliblər: Rəsul Həşimov, İlahə Baxışova Tahirli
Gənclər və idman naziri Fərid Qayıbov
Qaliblər: Rəsul Həşimov, Bayram Orucov, Səkinə Vəliyeva
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev
Qaliblər: Şahin Mahmudzadə, Azad Qəribov
Mədəniyyət naziri Adil Kərimli
Qaliblər: Toğrul Ələkbərov, Tural Abdullazadə
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov
Qaliblər: Faiq Hüseynov, Vüqar Mamedov
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov
Qalib: Emil Bəşirov
SOCAR-ın prezidenti Rövşən Nəcəf
Qaliblər: Emil Bəşirov, Fərid İsayev
“Pasha Holding”in Baş icraçı direktoru Cəlal Qasımov
Qaliblər: Elvin Əlizadə, Ülviyyə Mehralıyeva
“AzerGold” QSC-nin sədri Zakir İbrahimov
Qalib: Vüqar Mamedov
ADA Universitetinin rektoru Hafiz Paşayev
Qaliblər: Bayram Orucov, Toğrul İslam
Mərkəzi Bankının sədri Taleh Kazımov
Qaliblər: İbrahim Məmmədzadə, Fərahim Hacıyev
Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Ruslan Əlixanov
Qaliblər: Şahin Mahmudzadə, Mirzə Ələkbər Babayev
Energetika naziri Pərviz Şahbazov
Qalib: Elvin Əlizadə
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev
Qalib: Əsəd Qurbanzadə
DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə
Qaliblər: Şamxal Cəmilzadə, Səkinə Vəliyeva
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov
Qaliblər: Mirzə Ələkbər Babayev
Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev
Qalib: Xanım Daşdəmirova
Qarabağ Dirçəliş Fondu İdarə Heyətinin sədri Rəhman Hacıyev
Qalib: Azad Qəribov
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə
Qaliblər: Şamxal Cəmilzadə, Ülviyyə Mehralıyeva
Vəkillər Kollegiyasının sədri Anar Bağırov
Qaliblər: İbrahim Məmmədzadə
KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov
Qalib: Faiq Hüseynov
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov
Qalib: Toğrul İslam
BP-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli
Qaliblər: Xanım Daşdəmirova, Sübhan Əsgərzadə
“PashaBank”ın İdarə Heyətinin sədri Cavid Quliyev
Qalib: Fərahim Hacıyev
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsinin qalibləri idarəçi rəhbərlər tərəfindən 1 illik fərdi inkişaf planı və hər biri 20 min AZN məbləğində pul mükafatı əldə edir.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.
Chosen
101
9
ekologiya.az

10Sources