EN

Azərbaycan çempionatında yeniyetmə taekvondoçuların mübarizəsi başa çatıb

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş taekvondo üzrə ölkə birinciliyi və çempionatında yeniyetmələrin mübarizəsinə yekun vurulub.

MediaPost-un məlumatına görə, taekvondoçular yeni qaydalara uyğun boylarının ölçülərinə (148 sm-dən 180 sm-dək) əsasən yarışıblar.

Oğlanlar

152 sm: 1. Əli Həsənzadə (Xəzər TK), 2. Əlimurad Rzayev (Quba-Xaçmaz RGİİ), 3. Zaur Hüseynov (Gəncə-Daşkəsən RGİİ), Ramal Aşurov (İrəvan TK).

156 sm: 1. Səid Feyzullayev (Gömrükçü), 2. Cahid Əliyev (Lənkəran), 3. Əlağa Zeynallı (Atilla TK), Ümid Əliyev (Gəncə-Daşkəsən RGİİ).

176 sm: 1. Sərxan Talıbzadə (Şuşa TK), 2. Umud Umudov (Modern sports Schoo), 3. Hüseyin Əzizli (Ağsu), Abdulla İsmayılov (Ağdam).

Qızlar

152 sm: 1. Məryəm Cəfərova (Quba-Xaçmaz RGİİ), 2. İnci Muradova (Qafqaz TK), 3. İnci Oruczadə (Təhsil RİM 6 saylı), Duyğu Yusifli (Ağcabədi OİK).

156 sm: 1. Ləman Manafova (Alpman TK), 2. Fatimə İbişova (Abşeron), 3. Suvara Şeydazadə (Abşeron TK), Sabrin Bayramova (Xaçmaz).

168 sm: 1. Gülnaz Abdullayeva (Cəsur TK), 2. Nərmin Rəsulova (Asiman TK), 3. Nəsrin İbrahimli (Təhsim RİM Sumqayıt), Ayan Yusifzadə (Zəfər TK).

Qeyd edək ki, Azərbaycan çempionatı dekabrın 28-də başa çatacaq.

Xəbərlər departamenti

Chosen
98
6
mediapost.az

10Sources