EN

Qızılcadan necə qorunmaq olar?

Bakı. Trend:

Kəskin respirator virus infeksiyaları (KRVİ) kəskin yoluxucuvirus xəstəliklərinin böyük qrupunu özündə birləşdirir. Bu barədəSəhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriyaİnstitutunun həkim-infeksionisti Günay Əliyeva deyib.

Trend GünayƏliyeva ilə müsahibəni təqdim edir:

- Günay xanım, kəskin respirator virus infeksiyalarınayoluxma daha çox hansı yaşlarda rast gəlinir?

- Kəskin respirator virus infeksiyaları (KRVİ) kəskin yoluxucuvirus xəstəliklərinin böyük qrupunu özündə birləşdirir. Əsasən,tənəffüs yollarının selikli qişasının zədələnməsi ilə xarakterizəolunur. Bu qrup xəstəliklərə qrip, paraqrip, adenovirus, rotavirus,respirator sinisitial, rivovirus, reovirus və s. aiddir.
Xəstələnmə ən çox 5 yaşa qədər uşaqların payına düşür. Bu, həminyaş qrupuna aid artıq kəskin respirator virus infeksiyalarınayoluxan uşaqların uşaq müəssisələrinə getməsi ilə əlaqədardır.Təkrar xəstələnmə halları uşaq orqanizminin mühafizə qüvvəsininzəifləməsinə, xroniki infeksiya ocaqlarının formalaşmasına səbəbolur.

- Bu xəstəliklərə ilin hansı mövsümündə daha çox rastgəlinir?

- Kəskin respirator virus infeksiyalarının yayılması daha çoxyaz və payız aylarında müşahidə edilir. Bunun əsas səbəbi yazaylarında immunitetin zəifləməsi, digər səbəbi isə soyuğuntəsirindən tənəffüs yollarının selikli qişasının zədələnməsinəticəsində tənəffüs yolları xəstəliklərinin baş verməsidir.Yenidoğulmuşlar və 6 aya qədər uşaqlar digər yaşdakı uşaqlaranisbətən təcrid olunduğuna görə və anadan transplasentar yollaalınmış passiv immunitet saxlanıldığından xəstəliyə daha azhallarda yoluxurlar. Anadangəlmə immunitet zəif olduğu hallardayenidoğulmuş və xüsusilə erkən doğulmuş uşaqlar da KRVİ iləxəstələnə bilər.

- Qızılcadan necə qorunmaq olar?

- Qeyd etmək istərdim ki, qızılca xəstəliyinin xüsusimüalicəsinin olmamasına baxmayaraq, uşağın immunitetiningücləndirməsi, simptomları yüngülləşdirməsi və fəsadların aradanqaldırılması mümkündür.
Valideynləri övladlarının sağlamlığına artıq dərəcə diqqətli olmağaçağırıram. Qızılcadan qorumaq və infeksiyanın qarşısını almaqməqsədilə onlar mütləq olaraq 1 və 6 yaşlarında iki dəfə peyvəndedilməlidir. Tövsiyə olunur ki, valideynlər uşaqlarınınvaksinasiyası üçün onların yaşayış yeri üzrə uşaq əhalisinəambulator-poliklinik xidmət göstərən tibb müəssisələrinə müraciətetsinlər.
Peyvəndin 1-ci dozasını vaxtında almayan uşaqlar tez bir zamandavaksinasiya olunmalı, 6 yaşına çatdıqda isə peyvəndin 2-ci dozasınıalmalıdırlar. Müəyyən səbəblərdən peyvəndin 2-ci dozasını vaxtındaalmayan 10 yaşa qədər uşaqlar isə gecikmədən peyvəndin 2-cidozasını almalıdırlar.
Eyni zamanda, peyvəndin hər iki dozasını vaxtında almamış 10yaşınadək uşaqlara peyvəndin 1-ci və 2-ci dozaları ən azı 4həftəlik fasilə ilə aparılmalıdır.

- Bəzi valideynlər uşaqlarına peyvənd etdirməkdən imtinaedirlər. Bu qərar nə dərəcədə düzgündür?

- Peyvəndlənmə bu xəstəliklərdən qorunmağın ən təsirli üsuludur.Səhiyyə Nazirliyi tərəfindən ölkəmizə gətirilən peyvəndlərtəhlükəsizdir və keyfiyyətcə standartlara uyğundur. Peyvəndyoluxucu xəstəliklərin geniş yayılmasının qarşısını alır, yoluxmahalında isə daha yüngül, qısamüddətli təsir verir.
Peyvənd olunmaq hər bir uşağın hüququdur. Uşaqlarınıza AzərbaycanRespublikası Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilən peyvəndtəqviminə uyğun olaraq peyvəndlərin vurulmasını tövsiyə edirəm.

- KRVİ necə müalicə edilir?

- Yuxarı tənəffüs yollarının kəskin iltihabını törədən buxəstəliklərin müalicəsi simptomatikdir. Yəni, xəstəliyinsimptomlarını azaltmağa, xəstəliyi daha yüngül keçirməyə,ağırlaşmaların qarşısını almağa yönəlikdir. KRVİ viruslarıtərəfindən törədildiyindən, antibiotik təyini əsassızdır. Lakinbəzi hallarda ikincili infeksiya qoşularsa, ağırlaşma verə bilər.Bunlardan otitləri, sinusitləri, pnevmoniyaları, meningitləri və s.göstərmək olar. Bu zaman ağırlaşmaların qarşısını almaq üçün həkimməsləhəti ilə antibiotik terapiya təyin olunmalıdır.

- Bu xəstəliklərdən qorunmaq üçün nələrietməliyik?

- Profilaktik tədbirlərə əməl edərək KRV xəstəliklərindənqorunmaq mümkündür. Bu xəstəliklər, ilk növbədə, hava-damcı yoluilə yoluxduğu üçün tənəffüs yollarını qoruyan gigiyenikvasitələrdən, yəni tibbi maskalardan istifadə etmək lazımdı. İkinciyoluxma yolu isə kontakt yoludur. Bunun üçün əllərinizi tez-tezyuyun. İnsanların çox olduğu qapalı yerlərə mümkün qədər azgedilməli, evlərdə, ofislərdə otaqların havası tez-tezdəyişdirilməlidir. Həmçinin, immun sisteminizi yaxşı vəziyyətdəsaxlamaq üçün balanslı qidalanmalı, yuxu rejiminə düzgün riayətetməli, stresdən və zərərli vərdişlərdən uzaq olmaq lazımdı.Xəstəliklərə yoluxma və onları ağır keçirmə əksər hallarda immunsisteminin zəifləməsi ilə əlaqədar olur. Bu qaydalara riayət edərəkvirus xəstəliklərini yüngül keçirə və heç yoluxmaya bilərik.

Bununla belə, uşaqları yoluxucu xəstəliklərdən qorumağın ənyaxşı yollarından biri də peyvəndlərdir. Peyvəndlər erkən yaşdaaparılmalıdır, çünki bu yaşda uşaqlar təhlükəli xəstəliklərə dahaçox məruz qalırlar.

Məqalədə:
Chosen
55
10
az.trend.az

9Sources