Bakı şəhərində pirotexniki vasitələrin satışını təşkil edən daha 4 nəfər müəyyən olunaraq məsuliyyətə cəlb edilib.
Bu barədə 525.az-a Daxili İşlər Nazirliyindən bildirilib.
Qeyd edilib ki, polis əməkdaşları tərəfindən partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Qaradağ rayonunda yerləşən iri ticarət mərkəzlərindən birində pirotexniki vasitələrin satışı ilə məşğul olan daha 4 nəfər müəyyən olunaraq məsuliyyətə cəlb edilib.
Onlardan yüksək səs effekləri ilə təchiz olunan müxtəlif növ pirotexniki vasitələr aşkar edilərək götürülüb.
Qaradağ Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.
Bizi Facebookda izləyin