“Peşə təhsili müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması Qaydası” təsdiqlənib.
525.az xəbər verir ki, Baş nazir Əli Əsədov bu barədə qərar imzalayıb.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş Qayda Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli 2237 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasının təmin edilməsi məqsədilə “Peşə təhsili haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.19-2-ci maddəsinə uyğun olaraq hazırlanıb və tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, peşə təhsili müəssisələri üçün ixtisas dərsliklərinin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması, təsdiqlənməsi və nəşri məsələlərini tənzimləyir.
Sevinc Qarayeva
Bizi İnstagramda izləyin