EN

Qərbi Azərbaycan İcması deputatlarının bəyanatı

Milli Məclisdə təmsil olunan Qərbi Azərbaycan İcmasının nümayəndələri bəyanat yayıblar.  Sənəddə deyilir: 
“Azərbaycan Respublikasının suverenliyi onun bütün ərazisində bərqərar edildikdən sonra Ermənistanla sülh sazişinin bağlanması üçün artıq heç bir maneə qalmayıb. Bu il dekabrın 7-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Ermənistan Respublikası Baş naziri Aparatının qəbul etdikləri birgə Bəyanat iki dövlət arasında etimad yaradılması yolunda mühüm irəliləyiş olub”. 
Daha sonra bildirilir ki, Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan Qərbi Azərbaycan İcması nümayəndələri Azərbaycan Prezidentinin regionda möhkəm sülh və sabitlik yaradılması və əməkdaşlıq əlaqələri qurulması istiqamətində təşəbbüs və səylərini qətiyyətlə dəstəkləyirlər: “İcma nümayəndələri hesab edirlər ki, Qərbi azərbaycanlıların indiki Ermənistan ərazisindəki ata-baba yurdlarına qayıtması hüququnun tanınması Azərbaycanla Ermənistan arasında etimad quruculuğunun mühüm vasitələrindən biridır. Bu, iki dövlət arasında real barışığın əldə edilməsinə və regionda birgəyaşayış mühitinin yaradılmasına yönələn önəmli addım olacaq”. 
XQ

Chosen
77
14
xalqqazeti.az

10Sources