EN

Metropolitendə sərnişinlər üçün bayram proqramları təşkil ediləcək

“Bakı Metropoliteni” QSC Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə sərnişinlərinə bayram proqramları təşkil ediləcək.

MediaPost-un “Bakı Metropoliteni”nə istinadən verdiyi məlumata görə, Yeni ilin əsas tədbirlərinin məkanı şəhər mərkəzinə və paytaxtdakı əsas tədbirlərin keçiriləcəyi məkanların yaxınlığında yerləşən “İçərişəhər” stansiyası olacaq.

Dekabrın 28-də burada qış nağıllarının rəmzlərinə uyğun bəzədilmiş retro vaqonlardan ibarət qatarın nümayişinə başlanacaq. Həmin gün qatarların ətrafında dünya xalqlarının Yeni il ənənələri və qəhrəmanlarına həsr edilmiş sərgi də başlanacaq.

Dekabrın 29-30-da saat 11:30-dan isə elə stansiyada Şaxta baba Qar qızla sərnişinlərin görüşünə gələcək. İki saatdan artıq davam edəcək zəngin proqramlı şouda müxtəlif nağıl personajları və sirk ustaları da məharətini göstərəcək.

Tədbirin gedişində metropolitenin daha bir ənənəsinə uyğun olaraq şən və hazırcavab Bəhram Bağırzadə uşaqlar üçün qələmə aldığı kitablarının imza gününü keçirəcək.

Dekabrın 30-31-i milli həmrəyliyimizi və Yeni ili səciyyələndirən musiqi parçalarının da yer alacağı konsert proqramları 4 stansiyada təşkil olunacaq. “İçərişəhər” stansiyasında saat 10:30-da başlanacaq iki hissədən ibarət proqram daha sonra “Sahil”, “28 May”, “Elmlər Akademiyası” stansiyalarında davam etdiriləcək. Konsert proqramının hər hissəsi hər biri 45 dəqiqə davam edəcək və növbə ilə 15:00-a qədər estafet növbəti stansiyalara veriləcək.

Xəbərlər departamenti

Chosen
56
50
mediapost.az

10Sources