AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin əməkdaşları tərəfindən klublarda çalışan azarkeşlərlə əlaqələndirici şəxslər və əlil azarkeşlərlə əlaqələndirici şəxslər üçün növbəti – ikinci onlayn seminar təşkil olunub.
Msport.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, tədbir zamanı həmin şəxslər ilə Azərbaycan Premyer Liqasının XVI-XVII turlarında keçirilmiş oyunlarında fanatlarla bağlı təşkilati məsələlər zamanı görülmüş işlər barəsində müzakirələr aparılıb.
Tərəfdarlarla əlaqələndirici şəxslərin fəaliyyəti üçün faydalı materiallar paylaşılıb. Bu kimi təlim və görüşlərin növbəti il, Premyer Liqa yarışlarının başlandığı zaman yenidən keçirililməsi nəzərdə tutulur.
Qeyd edək ki, iclasda PFL-in əməkdaşı Faiq Tahirov da iştirak edib, klub nümayəndələrinin suallarını cavablandırıb.