EN

Daha bir sığorta agentliyinin lisenziyasının qüvvəsi dayandırıldı

Azərbaycan Mərkəzi Bankı (AMB) “Agents Tim” MMC-yə verdiyi sığorta agenti lisenziyasının qüvvəsini 3 ay müddətinə dayandırıb.

Bu barədə Bakıvaxtı.az-a tənzimləyici qurumdan bildirilib.

Məlumata görə, bu qərar dekabrın 26-da “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq qəbul edilib.

Lisenziyaların qüvvəsi verilmiş təqdimat vaxtında və tam yerinə yetirilmədiyi üçün dayandırılıb./Trend

Chosen
79
10
bakivaxti.az

10Sources