EN

Ağdərə Qarabağ iqtisadi rayonunun tərkibinə daxil edilib

Qarabağ iqtisadi rayonunun tərkibi genişləndirilib.
“Yeni Gundem” xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” fərmana edilən dəyişiklikdə əksini tapıb.
Fərmana əsasən, yeni yaradılan Ağdərə rayonu Qarabağ iqtisadi rayonunun tərkibinə daxil edilib.
Qeyd edək ki, Qarabağ İqtisadi rayonunun tərkibinə indiyə qədər Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları daxil idi.

Chosen
120
14
yenigundem.az

10Sources