EN

AMB-nin gələn il pul siyasətini nəzərdən keçirəcəyi tarixlər açıqlanıb

2023-cü ildə olduğu kimi 2024-cü ildə də Azərbaycan Mərkəzi Bankı (AMB) pul siyasətinə 8 dəfə baxmağı planlaşdırır.

“İki sahil” quruma istinadən xəbər verir ki, AMB-nin pul siyasəti qərarları ictimaiyyətə yanvarın 31-də, martın 28-da, mayın 1-də, iyunun 21-də, iyulun 31-də, sentyabrın 18-də, oktyabrın 30-da və dekabrın 18-də açıqlanacaq.

Qərarlardan dördünü qurumun sədri Taleh Kazımov mətbuat konfransında açıqlayacaq. Media nümayəndələri ilə görüşlər yanvar, may, iyul və oktyabr aylarına nəzərdə tutulub.

Chosen
99
10
ikisahil.az

10Sources