EN

SSRİ-ni heyrətləndirən Cəlilabad iğtişaşları: Sərhəddə "ekstremist meyillər"

Artıq 1988-89-cu ildə KQB iki xalq və iki qonşu respublika arasında başlamış münaqişəni yatırtmaq əvəzinə , necə deyərlər , "odun üstünə körüklə" gedirdilər. Beləki , münaqişə getdikcə qızışır, amma qızışdırıcılar cəzalandırılmırdı.Məsələn, 1988-ci il 22 fevralda Əsgəran qəsəbəsində azərbaycanlıların dinc yürüşü erməni silahlıları tərəfindən güllə-boran edilir. 2 nəfər yeniyetmə Əli Hacıyev və Bəxtiyar Quliyev öldürülür, 19 nəfər yaralanır. Bu hadisədən sonra heç bir erməni nə həbs edilir, nə də cəzalanır. Amma Azərbaycanda mitinqə gedən, haqqını - Qarabağını dinc yolla tələb edən azərbaycanlılar bir-bir sovet- milis rejimindən cəzlandırıldılar, cərimə olundular, müvəqqəti təcridxanalarda saxlanıldılar. Bu Azərbaycan xalqının səbr kasasını doldururdu.Ədalətsiz sovet rejimi, Qarabağ münaqişə, Azərbaycana qarşı ögeylik1988-ci il 15 iyunda Ermənistan Ali Soveti Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi barədə qərar qəbul edir. 1988-ci il 24 iyunda Arkadi Volski Moskvanın xüsusi nümayəndəsi kimi Dağlıq Qarabağa göndərilir.1988-ci il 18–21 sentyabrda Xankəndində azərbaycanlılar yaşayan evlər yandırılır, adamlar döyülür və Şuşaya göndərilir. 1988-ci il 21 sentyabrda Dağlıq Qarabağ və Ağdam ərazilərində xüsusi vəziyyət elan ounur. 1988-ci il 22 sentyabrda İrəvan, Leninakan, Abovyan, Eçmiədzin və digər şəhərlərdə Qarabağın Ermənistana birləşdirilməsi, azərbaycanlıların Ermənistandan çıxarılması tələbləri ilə kütləvi tətillər, mitinqlər keçirilir. 1988-ci il oktyabrın 4-də Dağlıq Qarabağın Xankəndi və Xocalı şəhərlərində azərbaycanlılara basqınlar edilir, onlar döyülür və köçüb getmələri tələb olunur.1988-ci il 18 noyabr-5 dekabrda Bakıda Azadlıq meydanında fasiləsiz izdihamlı mitinqlər keçirilir. Mitinq iştirakçıları ermənilərin Dağlıq Qarabağdakı vəhşiliklərinə, Ermənistanın Dağlıq Qarabağa müdaxilələrinə son qoyulmasını tələb edirlər. 1988-ci il 21 noyabrda Bakıda və Gəncədə ixtişaşlar baş verir, 3 hərbçi öldürülür, xeyli adam yaralanır.Bakı, Naxçıvan və Gəncədə xüsusi vəziyyət elan olunur. 1988-ci il 24 noyabrda Ermənistanın ərazisindən Azərbaycanın Qubadlı rayonunun Eyvazlı, Qədirli, Davudlu kəndlərinə basqınlar edilir, Eyvazlı kəndi tamamilə yandırılır. Noyabrın sonunda Ermənistanın şimal-şərq hissəsindəki Vartan kəndində 12 azərbaycanlı diri-diri yandırılır və Ermənistanın Quqark rayonunda 70 nəfər azərbaycanlı qətlə yetirilir. Onlardan Gözəldərə kəndində 21 nəfər, o cümlədən 6 qadın, 3 körpə uşaq öldürülür.1989-cu il 12 yanvarda SSRİ Ali Soveti tərəfindən Dağlıq Qarabağ ərazisində Xüsusi İdarə Komitəsi yaradılır. Komitəyə Moskvanın nümayəndəsi Arkadi Volski rəhbər təyin edilir. Komitənin təkibinə 5 rus, 2 erməni və 1 azərbaycanlı təyin edilir. 1988-ci il 28–29 fevral da Sumqayıtda ermənilər tərəfindən təxribat xarakterli qırğınlar törədilir, amma KQB tərəfindən araşdırmalar sayəsində "günahkar" yenə azərbaycanlılar olur. Qarabağda silahlı ermənilərin dinc əhaliyə hücum etməsi , onları öldürməsi intensivləşir.1989-cu il 6 mayda SSRİ Xalq deputatlarının 1 qurultayı Moskvada öz işinə başlayır. Qurultay ermənilərin maraqlarına uyğun qərarlar qəbul edir. Berlin divarı "yeni düşüncə" ,Cəlilabad- Naxçıvan sərhəddi "ekstremist meyillər"Bu hadisədən sonra Sovet hökümətinə qarşı əvvəl nifrət, sonra isə üsyanlar başlayır. Əslində həmin dövrdə sovet hakimiyyəti tamamilə laxlamışdı. Özbəkistanın Fәrqanә vadisindә may-iyun aylarında özbәklәr vә Mәshәti (Ahıska) türklәri arasında etnik qarşıdurma buna sübut idi.O ərəfədə parçalanmış xalqların birləşməsi ideyası da dünyanın gündəmini ələ almışdi . ADR ilə AFR arasındakı Berlin divarının sökülməsi  200 il davam edən "cənublu-şimallı Azərbaycan" mövzusunu da gündəmə gətirirdi.Artıq Azərbaycanlılar öz haqqı olanı tələb etmək üçün zaman yetişdiyinin fərqində idi və meydanlara axışırdılar. 1989-cu ilin 28 dekabrında Cəlilabadda baş verənlərdən jurnalist Tural Həmid yazır:"İlk hadisələr Cəlilabadda başladı. Xalq Cəbhəsi fəalları dövlət sərhədini açmaq və Cənubi Azərbaycanla yenidən birləşmək şüarı ilə Cəlilabad-Astara yolunu bağladı.Yolu kəsmək üçün Cəlilabad ərazisində 200-dən çox avtomobil yığıldı. 29 dekabr 1989-cu ildə Daxili qoşunların əməliyyatı ilə yol yenidən açılsa da hadisələr səngimədi. Şəhər ərazisində AXC fəalları və əsgərlər arasında toqquşmalar yaşandı. Cəlilabadda iğtişaşlar nəticəsində 83 nəfər xəsarət aldı, 23 avtomobil isə yandırıldı. . Bu hadisə hökumətlə müxalifət arasında ilk toqquşma kimi tarixə keçdi. Bu tarixdən etibarən AXC bütün ölkə ərazisində fəal olaraq hökumətə qarşı çıxmağa başladı".Bəli, 1989-cu ilin dekabr ayının sonunda SSRİ-İran sərhədindən Bakıya bir-birindən həyəcanlı xəbərlər gəlməyə başladı. Tarixçilərin və şahidlərin dediyinə görə nə Bakının, nə də Moskvanın heç cür inana bilmədiyi (bəlkə də inanmaq istəmədiyi) bir şey baş verdi – SSRİ-nin dövlət sərhədinin onlarla kilometri dağıdıldı, Arazın hər iki tərəfində minlərlə insan bir-birinə qovuşdu – onlar bunun mümkün olacağına inana bilmirdilər.Dünya  Moskvanın ikiüzlü siyasətinə heyrət edirdi.iki alman dövləti  arasındakı dəmir-beton divarın sökülməsini alqışlayan, bunu  "yeni düşüncə"  kimi dəyərləndirən rejim Naxçıvan və Cəlilabadda sərhəddən 0,5 km aralıdan keçən tikanlı məftillərin sökülməsini qınayır, hətta bu addımı "ekstremist meyillər" deyə tənqid edir, iştirakçıları hədələyirdi.  SSRİ-nin sərhəddinin   sökülməsi  ilk olaraq Azərbaycanda  beləcə başladı. Məhz bu hadisədən sonra rejim anladı ki, Azərbaycan SSRİ-nin  tərkibində çıxmaq arzusundadır və bu proses çox təhlükəli nəticələrə aparıb çıxaracaq..Bundan sonra baş verəcək hadisələr haqqında bilmək istəyirsinizsə sabahkı məqaləmizi izləyin! Əntiqə Rəşid(Məqalədə Vikipediyanın materiallarından istifadə edilib)

Chosen
304
adalet.az

1Sources